Ermənilər Azərbaycanın su təsərrüfatı obyektlərini vəhşicəsinə dağıdıblar

Ermənilər Azərbaycanın su təsərrüfatı obyektlərini vəhşicəsinə dağıdıblar “Ermənistan nəinki işğal altında saxladıqları ərazilərimizin su təsərrüfatı obyektlərinə, həmçinin ekologiyamıza da böyük ziyan vurub”.
İnfrastruktur
14 Noyabr , 2020 14:15
Ermənilər Azərbaycanın su təsərrüfatı obyektlərini vəhşicəsinə dağıdıblar

“Ermənistan nəinki işğal altında saxladıqları ərazilərimizin su təsərrüfatı obyektlərinə, həmçinin ekologiyamıza da böyük ziyan vurub”.

“Report” xəbər verir ki, bunu "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini Rafiq Aslanov bildirilib.

O deyib ki, çayların axın istiqaməti çətinlikə müəyyənləşdirilib: “İşğaldan azad edilən yerlərdə "Köndələnçay" su anbarı yerləşir. Həmin su anbarının tutumu 9 mln kubmetrdir. 80-ci illərin sonlarında tikilib istismara verilib. Anbarın su qəbuledici qurğusunu ermənilər vəhşicəsinə dağıdıblar. Anbarın hidroqovşağının qabağı tamamilə bağlanıb”.

R.Aslanov onu da qeyd edib ki, düşmən həmin torpaqlarda olan hidrotexniki qurğuları tamamilə sıradan çıxarıb, talan edib: "Bu baxımdan komissiya üzvlərinin qarşısında çox məsuliyyətli vəzifə durur və tezliklə hidrotexniki qurğuların inventarlaşdırılması həyata keçirilməli, təkliflər hazırlanmalıdır. Bu işlərə “Azdövsutəslayihə” İnstitutunun əməkdaşları da cəlb olunub. Melioratorlar artıq həmin ərazilərdə suvarma işinin təşkili ilə bağlı işlərə başlayıblar və bu iş maksimum qısa müddətdə başa çatdırılmalıdır".

Qeyd edək ki, işğaldan azad edilən yerlərdə səhmdar cəmiyyətinin balansında olan obyektlərin inventarlaşdırması, onların vəziyyətinin ilkin qiymətləndirilməsi və hazırlıq tədbirləri məqsədilə qurumun sədr müavini Rafiq Aslanovun rəhbərliyi ilə Komissiya yaradılıb.

Xatırladaq ki, işğal olunmuş torpaqlarda 9 su anbarı, 7 sututarı, 6 426 kilomert suvarma şəbəkəsi, 2 hidroqovşaq, 330 kilometr kollektor-drenaj şəbəkəsi, 803 hidrotexniki qurğu, 88 nasos stansiyası, 1 429 subartezian quyusu vardı. Ümumilikdə isə, 125 800 hektar suvarılan torpaq sahəsi işğal altında qalmışdı.

Son xəbərlər

Orphus sistemi