Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi publik hüquqi şəxs statuslu qurum yaradılıb

Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi publik hüquqi şəxs statuslu qurum yaradılıb Mərkəzin işçilərinin say həddi 13 ştat vahidi müəyyən edilib
İnfrastruktur
10 aprel 2018 04:03
Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi publik hüquqi şəxs statuslu qurum yaradılıb

Bakı. 10 aprel. REPORT.AZ/ Azərbaycanda Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi əsasında publik hüquqi şəxs statuslu Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi (ƏMHTM) yaradılıb.

“Report” xəbər verir ki, Nazirlər Kabinetinin qərarı ilə Mərkəzin nizamnaməsi və strukturu təsdiq edilib.

Mərkəzin nizamnaməsinin və strukturunun təsdiq edilməsi, işçilərinin say həddinin və nizamnamə fondunun miqdarının müəyyən edilməsi və Mərkəzin yenidən təşkili və ləğv edilməsi Nazirlər Kabinetinə həvalə edilib.

ƏMHTM-in inkişaf istiqamətlərinin müəyyən edilməsi, illik maliyyə hesabatlarının təsdiq edilməsi, icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, həmçinin təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına razılıq verilməsi, xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri publik hüquqi şəxsin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılmasına razılıq verilməsi Müəllif Hüquqları Agentliyi tapşırılıb.

Mərkəzin işçilərinin say həddi 13 ştat vahidi müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi