Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Tərtərdə vətəndaşları qəbul edib

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Tərtərdə vətəndaşları qəbul edib Qəbulda Tərtər, Naftalan, Goranboy, Kəlbəcər rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb
İnfrastruktur
28 Aprel , 2017 15:00
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Tərtərdə vətəndaşları qəbul edib

Bakı. 28 aprel. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov bu gün Tərtər rayonunda vətəndaş qəbulu keçirib. 

Bu barədə "Report"a Dövlət Komitəsindən bildirilib.

Qəbulda Tərtərlə yanaşı, Naftalan, Goranboy, Kəlbəcər rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb.

Komitə sədri qeyd edib ki, ölkənin 12 rayonunda elektron kadastr uçotu işləri yekunlaşdırılıb: "Bələdiyyə xəritələrinin hazırlanmasına başlanılıb. 2017-ci ildə isə bütövlükdə respublika tabeli 3 şəhərdə və 14 kənd rayonunda torpaqların elektron uçota alınması işi yekunlaşacağı planlaşdırılır. Ümumilikdə isə 53 rayon mərkəzi və ona bitişik şəhər və qəsəbələrdə daşınmaz əmlaklar barədə elektron kadastr məlumat bazasının yaradılması işləri davam etdirilir".

Qeyd edək ki, ƏMDK sədri tərəfindən keçirilən belə vətəndaş qəbullarının qarşıdakı aylarda digər şəhər və rayonlarda da təşkili davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi