Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Şirvanda vətəndaşları qəbul edəcək

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Şirvanda vətəndaşları qəbul edəcək Qəbul saat 11:00-da Gənclər Mərkəzində olacaq
İnfrastruktur
24 Oktyabr , 2017 09:58
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Şirvanda vətəndaşları qəbul edəcək

Bakı. 24 oktyabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏÇDK) sədri Kərəm Həsənov oktyabrın 27-də Şirvan şəhərində vətəndaş qəbulu keçirəcək.

“Report” ƏMDK-ya istinadən xəbər verir ki, qəbul saat 11:00-da Gənclər Mərkəzində olacaq.

Qəbulda Şirvan şəhəri ilə yanaşı Hacıqabul, Sabirabad rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Vətəndaşlar Komitənin fəaliyyət istiqamətləri, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı müraciət edə bilərlər

Qəbula yazılmaq istəyən vətəndaşlar [email protected] elektron poçt ünvanına yaza və yaxud aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08, (daxili 200 və 105);

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsi: (021) 215 52 45, (021) 204-29-19;

Son xəbərlər

Orphus sistemi