​Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Saatlıda vətəndaşlarla görüşüb

​Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Saatlıda vətəndaşlarla görüşüb Qəbulda Saatlı, Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Cəbrayıl rayonlarından olan vətəndaşlar iştirak edib
İnfrastruktur
13 Mart , 2015 13:26
​Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Saatlıda vətəndaşlarla görüşüb

Bakı. 13 mart. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bu gün Saatlı şəhərində növbəti vətəndaş qəbulunu keçirib.

“Report” Komitəyə istinadən xəbər verir ki, qəbulda Saatlı, Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Cəbrayıl rayonlarından olan vətəndaşlar iştirak ediblər.

Müraciətlərin böyük qismi daşınmaz əmlaklara dair hüquqların dövlət qeydiyyatı, digər qismi isə dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi, habelə Komitənin digər fəaliyyət istiqamətləri ilə bağlı olub. Vətəndaşlar onların mülkiyyətində olan torpaq sahələrinə, yaşayış və qeyri-yaşayış sahələrinə çıxarışların alınması, texniki pasportların tərtibi və daşınmaz əmlaka dair digər hüquqi məsələlərlə bağlı müraciət ediblər. Eyni zamanda, bir sıra müraciətlər pay torpaqlarının, kənd təsərrüfatlı torpaqların dövlət reyestrində qeydiyyatı ilə bağlı olub. Vətəndaşların bir qismi Komitənin “kütləvi çıxarış” kampaniyasında iştirak və mobil ofis xidmətlərindən faydalanmaqla bağlı da müraciətlərini bildiriblər.

K.Həsənov müraciətlərdə qaldırılan bəzi məsələlərin operativ həlli üçün müvafiq göstərişlər verib. Araşdırma tələb olunan müraciətlər isə qeydiyyata alınıb. Həmin gün birbaşa müraciət edən vətəndaşlar da Komitə sədri tərəfindən qəbul edilib.

Son xəbərlər

Orphus sistemi