​Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Saatlıda vətəndaşlarla görüşəcək

​Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Saatlıda vətəndaşlarla görüşəcək Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov martın 13-də Saatlıda vətəndaş qəbulu keçirəcək
İnfrastruktur
11 Mart , 2015 11:56
​Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Saatlıda vətəndaşlarla görüşəcək

Bakı. 11 mart. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov martın 13-də Saatlı şəhərində növbəti vətəndaş qəbulu keçirəcək.

Komitədən "Report"a bildirilib ki, qəbulda Şirvan şəhəri, Saatlı, Sabirabad, Salyan, Neftçala, Hacıqabul və Cəbrayıl rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq. Vətəndaş qəbulu saat 11:00-da Saatlı Gənclər Mərkəzində keçiriləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Komitənin [email protected] elektron ünvanına yaza və (012) 490 24 08 (daxili 105, 102 və 349) nömrələrlə, yaxud Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi ilə (02121) 5 77 66, (02121) 5 52 45, (02123) 5 62 47) əlaqə saxlaya bilərlər.

Son xəbərlər

Orphus sistemi