Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Qobustanda vətəndaşlarla görüşəcək

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Qobustanda vətəndaşlarla görüşəcək Bakı. 22 yanvar. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov yanvarın 25-də Qobustan şəhərində vətəndaş qəbulu keçirəcək.
İnfrastruktur
1493
22 Yanvar , 2019 10:01
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri  Qobustanda vətəndaşlarla görüşəcək

Bakı. 22 yanvar. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov yanvarın 25-də Qobustan şəhərində vətəndaş qəbulu keçirəcək. 

"Report" Komitəyə istinadən xəbər verir ki, qəbul saat 10:00-da Olimpiya İdman Mərkəzində keçiriləcək. 

Qəbulda Qobustan rayonu ilə yanaşı Şamaxı, Ağsu, Hacıqabul rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq. Vətəndaşlar Komitənin fəaliyyət istiqamətləri, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri ilə bağlı müraciət edə bilərlər. 

Qəbula yazılmaq istəyən vətəndaşlar online olaraq komitənin [email protected] elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105);

Komitənin Əmlak Məsələləri Dövlət Komitəsinin Şamaxı ərazi şöbəsi: (020) 265-10-76, (020) 265-75-06;

Komitənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı ərazi idarəsi: (020) 265-01-07, (020) 245-01-02;

Son xəbərlər

Orphus sistemi