Əmircanda su nasos stansiyasından oğurluq olub, qəsəbənin bir hissəsi susuz qalıb

Əmircanda su nasos stansiyasından oğurluq olub, qəsəbənin bir hissəsi susuz qalıb Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi İlham Şükürov küçəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” ASC-nin 26 saylı su nasos stansiyasında oğurluq hadisəsi baş verib.
İnfrastruktur
26 Fevral , 2024 12:22
Əmircanda su nasos stansiyasından oğurluq olub, qəsəbənin bir hissəsi susuz qalıb

Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi İlham Şükürov küçəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” ASC-nin 26 saylı su nasos stansiyasında oğurluq hadisəsi baş verib.

“Report” Agentliyə istinadən məlumat verir ki, naməlum şəxs və ya şəxslər stansiyanın pəncərəsindəki mühafizə barmaqlıqlarını qıraraq içəri daxil olub, 2 ədəd elektrik idarəolunma lövhəsini sökərək oğurlayıb. Həmin avadanlıqlar stansiyanın 75 kilovoltluq 2 nasos qurğusunun idarə olunmasını təmin edirdi.

Elektrik idarəolunma lövhələrinin oğurlanması səbəbindən stansiyanın fəaliyyəti dayanıb və bu gün səhər saatlarında Əmircan qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsi mümkün olmayıb.

Baş vermiş hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən ərazidə təhqiqat və araşdırma işləri həyata keçirilir. Eyni zamanda, “Azərsu” ASC tərəfindən nasos stansiyasının fəaliyyətinin bərpası istiqamətində tədbirlər görülür.

Son xəbərlər

Orphus sistemi