"Emirates" kütləvi ixtisarlara hazırlaşır

"Emirates" kütləvi ixtisarlara hazırlaşır Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli aviadaşıyıcısı Emirates şirkəti 30 minə yaxın əməkdaşını işdən azad etməyə hazırlaşır.
İnfrastruktur
230
18 May , 2020 13:54
Emirates kütləvi ixtisarlara hazırlaşır

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli aviadaşıyıcısı "Emirates" şirkəti 30 minə yaxın əməkdaşını işdən azad etməyə hazırlaşır.

“Report” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu, aviasiya sənayesi tarixində ən böyük kütləvi ixtisar olacaq.

Bundan sonra "Emirates"in işçilərinin sayı 75 minə düşəcək. 

Qeyd edək ki, aviaşirkət koronavirus (COVID-19) pandemiyasının təsirinin aviasiya sənayesində uzun illər davam etməsi gözləntisi ilə xərclərini azaltmağı planlaşdırır. Bu işlər çərçivəsində "Airbus A380” təyyarələrindən ibarət donanmının fəaliyyətinin dayandırılması da nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi