“Emirates” azərbaycanlı turistlər üçün Səudiyyə Ərəbistanına uçuşları məhdudlaşdırıb

“Emirates” azərbaycanlı turistlər üçün Səudiyyə Ərəbistanına uçuşları məhdudlaşdırıb “Emirates” aviaşirkəti koronavirus infeksiyasının yayılması ilə əlaqəli məhdudiyyətlər çərçivəsində Azərbaycandan olan sərnişinlərin Səudiyyə Ərəbistanına uçuşlarına məhdudiyyət qoyub.
İnfrastruktur
287
2 Mart , 2020 11:18
“Emirates” azərbaycanlı turistlər üçün Səudiyyə Ərəbistanına uçuşları məhdudlaşdırıb

“Emirates” aviaşirkəti koronavirus infeksiyasının yayılması ilə əlaqəli məhdudiyyətlər çərçivəsində Azərbaycandan olan sərnişinlərin Səudiyyə Ərəbistanına uçuşlarına məhdudiyyət qoyub.

“Report” “Gulf Business”ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin verdiyi direktivə əsasən, məhdudiyyət fevralın 27-də qüvvəyə minib.

Məhdudiyyətlər Çin (həmçinin Honkonq və Makao), İran, İtaliya, Koreya, Yaponiya, Tailand, Malayziya, İndoneziya, Pakistan, Əfqanıstan, Filippin, Sinqapur, Hindistan, Livan, Suriya, Yəmən, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Somali və Vyetnamın turist vizalarına sahib olan vətəndaşlarına şamil edilir.

Bununla yanaşı, aviaşirkətdən məhdudiyyətlərin Məkkəyə ümrə ziyarətinə getmək istəyən insanlara da şamil edildiyi bildirilib.

Daha əvvəl Səudiyyə Ərəbistanı 22 ölkənin, o cümlədən Azərbaycanın vətəndaşlarına turist vizalarının verilməsini dayandırıb.

Son rəsmi məlumata görə, Azərbaycanda 3 nəfərdə koronavirusa yoluxma aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi