ƏMDK-ya yeni səlahiyyət verilib

ƏMDK-ya yeni səlahiyyət verilib Bakı. 20 sentyabr. REPORT.AZ/ Bundan sonra Azərbaycanda dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi Əmlak Məsələləri Dövlət Komitəsi (IMDK) ilə razılaşdırılacaq.
İnfrastruktur
802
20 Sentyabr , 2018 14:04
ƏMDK-ya yeni səlahiyyət verilib
Report.az
0 : 00
0 : 00

Bakı. 20 sentyabr. REPORT.AZ/ Bundan sonra Azərbaycanda dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi Əmlak Məsələləri Dövlət Komitəsi (IMDK) ilə razılaşdırılacaq. 

“Report” xəbər verir ki, Prezident İlham Əliyev ötən gün komitənin fəaliyyətinin təkmilləşdirilməsi və təmin edilməsi barədə 24 iyun 2009-cu il tarixli fərmanına dəyişiklik edib. 

Dövlət başçısının bununla bağlı imzaladığı yeni fərmanla ƏMDK-ya yeni səlahiyyət verilib. Xatırladaq ki, Komitə indiyə qədər kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsinə yalnız rəy verirdi. Bu rəyin nəzərə alınıb-alınmaması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətində idi.

Son xəbərlər

Orphus sistemi