ƏMDK-nın sədri İmişlidə vətəndaşları qəbul edəcək

ƏMDK-nın sədri İmişlidə vətəndaşları qəbul edəcək Bakı. 4 mart. REPORT.AZ/Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov martın 29-da İmişli şəhərində vətəndaş qəbulu keçirəcək.
İnfrastruktur
4 Mart , 2019 10:40
ƏMDK-nın sədri İmişlidə vətəndaşları qəbul edəcək

Bakı. 4 mart. REPORT.AZ/Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov martın 29-da İmişli şəhərində vətəndaş qəbulu keçirəcək. 

Bu barədə “Report”a qurumdan bildirilib.

Məlumata görə, qəbul saat 10:00-da İmişli şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda İmişli rayonu ilə yanaşı Beyləqan, Ağcabədi və Füzuli rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Vətəndaşlar komitənin fəaliyyət istiqamətləri, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri, torpaqlardan istifadə qaydaları ilə bağlı müraciət edə bilərlər. 

Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105)

Komitənin Beyləqan ərazi şöbəsi: (021) 246-35-31, (021) 246-40-29;

Komitənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi: (021) 225-33-67, (021) 246-60-85;

Son xəbərlər

Orphus sistemi