ƏMDK-nın sədri Gürcüstanda səfərdədir

ƏMDK-nın sədri Gürcüstanda səfərdədir Tbilisi. 20 iyul. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanun paytaxtı Tbilisidə səfərdədir.
İnfrastruktur
20 İyul , 2018 10:12
ƏMDK-nın sədri Gürcüstanda səfərdədir
Report
0 : 00
0 : 00

Tbilisi. 20 iyul. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanun paytaxtı Tbilisidə səfərdədir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, səfər çərçivəsində komitə sədri qonşu ölkənin Dövlət Əmlakı üzrə Milli Agentliyində Almaniyanın özəlləşdirmə üzrə dövlət qurumunun nümayəndələrinin iştirakı ilə üçtərəfli əməkdaşlıq görüşündə iştirak edəcəkdir.

Görüşdə dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi sahəsində üç ölkə arasında təcrübə mübadiləsi aparılmaqla, üçtərəfli əməkdaşlıq münasibətlərinin gələcək inkişafı ilə bağlı müzakirələr aparılacaq. 

Son xəbərlər

Orphus sistemi