“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Ələt-Türkmənbaşı-Ələt istiqamətlərində konteyner daşımalarını bərpa edib.
Bu barədə “Report”a ASCO-dan məlumat verilib.
Məlumata görə, bu istiqamətlərdə daşımaların səmərəli və sürətli yerinə yetirilməsi üçün qurumun Nəqliyat Donanmasına aid quru yük gəmiləri müştərilərin sərəncamına verilib.
Daşınmalar aşağıdakı tariflərə uyğun aparılacaq:
20 FT = 300 ABŞ dolları
40 FT= 550 ABŞ dolları