Ekspert: “Qarabağda yol çəkilişində material sarıdan çətinliyimiz yoxdur” - VİDEO

Ekspert: “Qarabağda yol çəkilişində material sarıdan çətinliyimiz yoxdur” - VİDEO İşğaldan azad edilən ərazilərdə dronlarla mühəndis-axtarış işləri həyata keçirilir
İnfrastruktur
173
21 May , 2021 17:54
Ekspert: “Qarabağda yol çəkilişində material sarıdan çətinliyimiz yoxdur” - VİDEO
Yasin Mustafayev

“Hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dronlarla mühəndis-axtarış işləri həyata keçirilir, həmin ərazilərin ortofotoları və rəqəmsal relyef modelləri hazırlanır və həmin rəqəmsal relyef modellərinə əsasən də layihəçilər orada yolun profilini, planını, en kəsiyini, qısa dildə desək, yolun layihə cizgilərini hazırlayırlar. Həmin layihə cizgiləri hazırlandıqdan sonra yolun həmin güzərgahı minalardan təmizlənmək üçün ANAMA-ya təqdim olunur və sırf o hissə minadan təmizlənir. Mənfur düşmən çox böyük ərazini minalayıb. Minadan təmizləmə isə çox çətin prosesdir və uzun müddət vaxt aparır. Bir minaaxtaran onu hər kvadrat/metrdən bir axtarır. Tapdıqdan sonra da zərərsizləşdirmə əməliyyatı üçün bir neçə saatını sərf edir”.

Bunu “Report”un efirində - “İqtisadi baxış” verilişində işğaldan azad edilən ərazilərimizdə yol infrastrukturunun qurulmasından danışan nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyib.

“Qarabağda yol çəkilişində material sarıdan heç bir çətinliyimiz yoxdur. Hər tərəfdən çay axır. Orada elə dağ massivləri var ki, sırf yol tikintisində oradakı materiallardan istifadə etmək mümkündür”, - deyə Y.Mustafayev bildirib.

Son xəbərlər

Orphus sistemi