Ekspert: “Azərbaycan rusiyalılar üçün tranzit habı rolunu oynaya bilər”

Ekspert: “Azərbaycan rusiyalılar üçün tranzit habı rolunu oynaya bilər” “Azərbaycan rusiyalılar üçün tranzit qovşağı rolunu oynaya bilər. Nümunə kimi tranzit habı yaratmış və Avropa istiqamətinə əsas tranzit marşrutuna çevrilmiş Türkiyəni göstərmək olar. Bakı da rusiyalılar üçün belə bir haba çevrilə bilər. Bu, iqtisadi baxım
İnfrastruktur
14 iyul 2022 07:35
Ekspert: “Azərbaycan rusiyalılar üçün tranzit habı rolunu oynaya bilər”

“Azərbaycan rusiyalılar üçün tranzit qovşağı rolunu oynaya bilər. Nümunə kimi tranzit habı yaratmış və Avropa istiqamətinə əsas tranzit marşrutuna çevrilmiş Türkiyəni göstərmək olar. Bakı da rusiyalılar üçün belə bir haba çevrilə bilər. Bu, iqtisadi baxımdan da çox sərfəlidir”.

Bunu “Report”un Rusiya bürosuna “Avia.ru” portalının Baş redaktoru Roman Qusarov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda istirahət Rusiyadan olan turistlər üçün əvəzedici rolunu oynaya bilər: “Rusiyalı turistlərin MDB ölkələrinə, o cümlədən Azərbaycana axını mümkündür. Aviaəlaqə normal və sabit olarsa, həmçinin qarşılıqlı şəkildə uçuş sayı artırılarsa, turist axınının artmasını gözləmək olar”.

Ekspert vurğulayıb ki, hazırda birbaşa uçuşların olmaması səbəbindən insanlar alternativ istirahət məkanları tapmaq məcburiyyətində qalıblar.

Son xəbərlər

Orphus sistemi