Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Əhmədbəyli-Horadiz-Mincivan avtomobil yolunda işlərin 49%-ni başa çatdırıb.
Bunu "Report"a açıqlamasında qurumun mühəndisi Eyyub Hüseynov deyib.
"Yolin inşasının 2023-cü ilin sonuna qədər bitməsi gözlənilir. 123,6 km-lik yolun ilk 77 km-lik hissəsi 6 zolaqlı, qalan 44,6 km-lik hissəsi isə 4 zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olacaq. Yolboyu ümumilikdə 415 su ötürücü qurğunun tikintisi nəzərdə tutur. Bunlardan 135-nin tikintisi başa çatdırılıb. Bundan başqa, yolboyu 20 körpünün tikintisi nəzərdə tutulur. Hazırda 17 köprünün tikintisi davam etdirilir. Yolun Zəngilan rayonunun Ağbənd qəsəbəsinə yaxın hissəsində - dağlıq ərazidə 2 tunel tikilir. Tunellərdən uzunluğu 6 km olacaq".