Dünyanın ən yaxşı hava limanlarının reytinqi açıqlanıb

Dünyanın ən yaxşı hava limanlarının reytinqi açıqlanıb Britaniyanın "Skytrax" tədqiqat şirkəti ən yaxşı aeroportların reytinqini hazırlayıb
İnfrastruktur
252
12 Mart , 2015 20:57
Dünyanın ən yaxşı hava limanlarının reytinqi açıqlanıb

Bakı. 12 mart. REPORT. AZ/ Sinqapurun hava limanı növbəti dəfə dünyanın ən yaxşı aeroportu seçilib. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, hər il hazırlanan reytinq Britaniyanın "Skytrax" tədqiqat şirkəti tərəfindən tərtib olunub. 

Reytinqə əsasən, ilk dördlük dəyişməz olaraq qalıb. Sorğunun nəticələrinə əsasən, Sinqapur hava limanı növbəti dəfə dünya reytinqinin birincisi olub. İkinci yerdə əvvəlki kimi, Seulun Incheon hava limanı gəlir. III yerdə Münhen, IV yerdə isə Honkonq qərarlaşıb. Onluğa həmçinin Tokionun "Haneda", Sürix, Naqoy, Londonun "Heathrow", Amsterdam və Pekinin hava limanları da daxil olub. 

Sinqapur həmçinin "Hava limanında əyləncələr" və "Hava limanında ən yaxşı mehmanxana" (Crowne Plaza) nominasiyalarında, Honkonq "Sərhəd nəzarətdən keçmə ilə bağlı ən yaxşı hava limanı" və "Ən yaxşı kafe və restoranlar" nominasiyasında, Seul "Terminalda təmizlik" və "Ən yaxşı tranzit aeroportları", Londonun "Heathrow" aeroportu "Ən yaxşı Duty Free mağazaları" və "Ən yaxşı terminal" (Т5), Tokionun "Haneda" aeroportu "Ən yaxşı daxili reyslər aeroportu" və "Təhlükəsizlik nəzarətindən keçmə", Osaka hava limanı "Ən yaxşı büdcə aviaşirkətləri aeroportu" və "Yükün emalı və çatdırılması" nominasiyalarında qalib olublar.

Moskvanın "Domodedovo" hava limanı altıncı dəfədir ki, Rusiya və MDB aeroportları arasında birinci yeri tutur. "Rusiya və MDB" kateqoriyasında 6-9-cu yerləri Bakı, Minsk, Astana və Alma-Atı tutub. 

Son xəbərlər

Orphus sistemi