Dünyadakı 9 min “Boeing 737” markalı sərnişin təyyarəsi yoxlanılacaq

Dünyadakı 9 min “Boeing 737” markalı sərnişin təyyarəsi yoxlanılacaq ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) bütün aviaşirkətlərin malik olduğu “Boeing 737” markalı sərnişin təyyarələrinin təzyiq sensorlarının yoxlanmasına qərar verib.
İnfrastruktur
145
16 İyul , 2021 17:33
Dünyadakı 9 min “Boeing 737” markalı sərnişin təyyarəsi yoxlanılacaq
0 : 00
0 : 00

ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) bütün aviaşirkətlərin malik olduğu “Boeing 737” markalı sərnişin təyyarələrinin təzyiq sensorlarının yoxlanmasına qərar verib.

Report bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, bəzi aviadaşıyıcılardan bu sensorların nasaz olması barədə FAA-ya müraciətlər daxil olub. Həmin sensorlar pilot kabinəsində təzyiqin artmasını xəbər verməlidir.

Yoxlama tələbi bütün dünya üzrə 9 min, o cümlədən ABŞ-da qeydiyyatdan keçmiş 2,5 min təyyarəyə şamil edilir.

Son xəbərlər

Orphus sistemi