Dünya üzrə super bahalı evlərin satışları iki dəfə artıb

Dünya üzrə super bahalı evlərin satışları iki dəfə artıb 2021-ci ilin yanvar-iyun aylarında dünya üzrə super bahalı (qiyməti 10 milyon ABŞ dollarından yuxarı olan) evlərin satışı ilə bağlı 13,7 milyard dolları məbləğində 785 əqd bağlanıb.
İnfrastruktur
263
29 İyul , 2021 14:24
Dünya üzrə super bahalı evlərin satışları iki dəfə artıb

Bu ilin yanvar-iyun aylarında dünya üzrə qiyməti 10 milyon ABŞ dollarından yuxarı olan super bahalı evlərin satışı ilə bağlı 13,7 milyard ABŞ dolları məbləğində 785 əqd bağlanıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu, dəyər və kəmiyyət baxımından bir il əvvəlki göstəricilərdən iki dəfə çoxdur.

Qeyd edilən vəsait Nyu-York, Los-Anceles, Honq-Konq, London, Sidney, Sinqapur və Dubayda evlərin alınmasına sərf olunub.

Əqdlərin 202-si Nyu-Yorkun payına düşüb. Bu şəhərdə həmin seqmentə aid 3,4 milyard dollarlıq ev satılıb.

Son xəbərlər

Orphus sistemi