Bakı. 31 avqust. REPORT.AZ/ Dubay Beynəlxalq Aeroportunda (DXB) baş vermiş fövqəladə hal ilə əlaqədar olaraq, J2-012 Dubay-Bakı aviareysi ilə səyahət edən sərnişinlərin baqajı təyyarəyə yüklənməyib. Bu barədə “Report”a “Azərbaycan Hava Yollar” (AZAL) QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Qurumun açıqlamasında deyilir ki, yüklər növbəti reyslərlə Bakıya çatdırılacaq. Yaranmış narahatlığa görə AZAL sərnişinlərdən üzr istəyib.