Dövlət Statistika Komitəsi tender keçirir

Dövlət Statistika Komitəsi tender keçirir İddiaçıların 1 aydan artıq vaxtı var
İnfrastruktur
29 Dekabr , 2016 09:51
Dövlət Statistika Komitəsi tender keçirir

Bakı. 29 dekabr. REPORT.AZ/ Dövlət Statistika Komitəsi statistik nəşrlərin, blankların çap edilməsi, sənədlərin cildlənməsi işlərinin satın alınması məqsədilə poliqrafiya fəaliyyəti ilə məşğul olan yerli hüquqi və fiziki şəxslər üçün açıq tender elan edib. 

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 500 manatdır. İddiaçılar ilkin sənədləri fevralın 1-nə qədər, tender təklifi və bank zəmanətini isə fevralın 10-na qədər Komitənin yerləşdiyi Bakı şəhəri, İnşaatçılar prospekti, 81 ünvanına (513-cü otaq) təqdim etməlidirlər. 

Təkliflərə fevralın 13-ü, saat 11:00-da adı çəkilən ünvanda baxılacaq. Təkliflərin qiymətləndirilməsində aşağı qiymət, işlərin yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün iddiaçının potensial imkanının (müasir poliqrafiya avadanlığının, peşəkar kadr heyətinin mövcudluğu və s.) analoji təcrübə, stabil maliyyə vəziyyətinə üstünlük veriləcək.

Son xəbərlər

Orphus sistemi