Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Lənkəranda vətəndaşları qəbul edəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Lənkəranda vətəndaşları qəbul edəcək Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev iyul ayının 8-də Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşları qəbul edəcək.
İnfrastruktur
1 İyul , 2022 11:40
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Lənkəranda vətəndaşları qəbul edəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev iyulun 8-də Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə "Report" komitəyə istinadən xəbər verir.

Vətəndaşların qəbulu saat 10:00-dan etibarən Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (+994 12) 493 34 67, (+994 12) 595 13 50 (daxili 598; 599) nömrəli telefonları vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, komitənin www.arxkom.gov.az internet səhifəsinin “əlaqə” bölməsində yerləşən müraciət formasını dolduraraq qəbula yazılmaq mümkündür.

Son xəbərlər

Orphus sistemi