​Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 15 nəfər işdən azad edilib

​Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 15 nəfər işdən azad edilib Komitə ötən il 2567,9 min manatlıq elmi-tədqiqat və layihə-axtarış işləri görüb
İnfrastruktur
21 Yanvar , 2016 19:30
​Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 15 nəfər işdən azad edilib

Bakı. 21 yanvar. REPORT.AZ/ Ötən il Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 15 nəfər işdən azad edilib. “Report” xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 2015-ci ildəki fəaliyyəti haqqında hesabatında bildirilib.

Belə ki, hesabat dövrü ərzində Komitədə 15 nəfər işdən azad edilib, 6 nəfər vəzifədən vəzifəyə keçirilib və 30 əməkdaş isə işə qəbul edilib (23 inzibati və 7 yardımçı).

Komitənin tabeliyində olan elmi-tədqiqat və layihə təşkilatları tərəfindən 2015-ci ilin yanvar-dekabr ayları ərzində 2567,9 min manatlıq elmi-tədqiqat və layihə-axtarış işləri görülüb.

Son xəbərlər

Orphus sistemi