​Dövlət qurumları və xarici maliyyə institutları ilə kommunal xidmətlər müzakirə olunub

​Dövlət qurumları və xarici maliyyə institutları ilə kommunal xidmətlər müzakirə olunub Orta və uzun müddət üçün sektor strategiyası, institusional islahatlar və korporativ strukturun inkişafı məsələləri müzakirələrdə qeyd olunub
İnfrastruktur
12 Avqust , 2016 16:46
​Dövlət qurumları və xarici maliyyə institutları ilə kommunal xidmətlər müzakirə olunub

Bakı. 12 avqust. REPORT.AZ/ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" çərçivəsində "Kommunal xidmətlər" alt işçi qrupunun müzakirəsi keçirilib.

Bu barədə “Report”a mərkəzdən bildirilib.

Müzakirələrdə Prezident Administrasiyası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, İqtisadiyyat Nazirliyi, Energetika Nazirliyi, Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı və digər beynəlxalq və yerli qurumların nümayəndələri iştirak ediblər.

Orta və uzun müddət üçün sektor strategiyası, institusional islahatlar və korporativ strukturun inkişafı məsələləri müzakirələrdə qeyd olunub. Bildirilib ki, infrastruktur sahələri üzrə əsas dövlət müəssisələrinin fəaliyyətinin nəticələri üçün müddətlər və hədəflər müəyyən edilməlidir: “Dövlət tərəfindən vəsaitin ayrılması isə dövlət müəssisələri üçün stimulların yaradılmasından ötrü fəaliyyətin nəticələrinə əsaslanmalıdır. Fəaliyyətin nəticələri üzrə hədəflər iki kateqoriyaya bölünür: əməliyyat və institusional hədəflər”.

Alt işçi qrupunun müzakirələri zamanı səslənən təkliflər sistemləşdirilərək "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" sənədində nəzərə alınması üçün işçi qrupa təqdim edilib.

Son xəbərlər

Orphus sistemi