Dövlət Komitəsi "Azərbaycan Memarlar İttifaqı"nın Qış Plenumuna ev sahibliyi edib
Dövlət Komitəsi "Azərbaycan Memarlar İttifaqı"nın Qış Plenumuna ev sahibliyi edibBu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsində "Azərbaycan Memarlar İttifaqı" İctimai Birliyinin İdarə Heyətinin “İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma və memarlığın inkişafı” mövzusunda Qış Plenumu keçirilib.
Bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsində "Azərbaycan Memarlar İttifaqı" İctimai Birliyinin İdarə Heyətinin “İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma və memarlığın inkişafı” mövzusunda Qış Plenumu keçirilib.
"Report" xəbər verir ki, bunu Komitənin sədri Anar Quliyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Şəhər və kəndlərimizin ərazi planlaşdırma sənədlərinin hazırlanmasında innovativ yanaşmaların tətbiqindən, Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı tikinti və yenidənqurma işlərindən danışdıq, memarlarımızın və layihəçilərimizin Böyük Qayıdışı təmin edəcək şərəfli vəzifələri barədə ətraflı, səmimi fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.
Bu gün Komitədə #Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin “İşğaldan azad olunmuş ərazilərdə #şəhərsalma və memarlığın inkişafı” mövzusunda Qış Plenumuna ev sahibliyi etdik.#Şəhər və #kənd’lərimizin ərazi planlaşdırma sənədlərinin hazırlanmasında innovativ yanaşmaların… pic.twitter.com/bdAgDIyZGT
Komitənin bununla bağlı yaydığı açıqlamada isə deyilir ki, tədbiri giriş sözü ilə ittifaqın İdarə Heyətinin sədri Elbay Qasımzadə açıq. O, hesabat dövründə görülən işlər haqqında geniş məlumat verib, Plenum mövzusunun aktuallığından danışıb.
A.Quliyev isə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında gedən yenidənqurma prosesində iştirak edəcək gənc mütəxəssislərə ehtiyac olduğunu və yüksək ixtisaslı belə kadrlar bazasının formalaşdırılmasında Komitənin İttifaqla sıx əməkdaşlıq əlaqələrinin vacibliyini xüsusi qeyd edib.
Komitə sədrinin müavini, Azərbaycan Memarlar İttifaqının katibi İlqar İsbatov isə işğaldan azad olunmuş ərazilərə dair təqdimatla çıxış edərək burada həyata keçirilən şəhərsalma fəaliyyəti, planlaşdırma və #memarlıq həllərindəki yanaşmalar barədə məlumat verib.
Daha sonra “İşğaldan azad olunmuş ərazilərdə görülən işlər və qarşıdakı planlar” mövzusunda məruzə ilə Komitənin İşğaldan azad olunmuş ərazilərdə layihələrin idarə edilməsi şöbəsinin müdir müavini Ramil Cahangirov çıxış edib. O, işğaldan azad olunmuş ərazilərin planlaşdırma sənədlərinin hazırkı vəziyyəti, eyni zamanda burada əhalinin dayanıqlı məskunlaşmasını təmin etmək məqsədilə şəhər və kəndlərdə yaradılan yaşayış infrastrukturundan söz açıb.
Bu günə qədər Komitəyə işğaldan azad olunmuş ərazilər üzrə 410-dan çox müxtəlif təyinatlı tikinti obyektinə ümumilikdə 6 000 hektardan çox torpaq sahəsinin ayrılmasına dair müraciətlər edilib. Artıq 110-dan çox tikinti obyektinin şəhərsalma əsaslandırılması təsdiq edilib, 100-dən artıq obyektin tikintisinə icazə verilməsi üçün layihə-smeta sənədləri Komitəyə təqdim olunub.
Sonda 2024-cü ilin yaz Plenumunun işğaldan azad olunmuş ərazilərdə tarixi irsimizin bərpası və qorunub saxlanılması mövzusuna həsr olunması qərara alınıb.