Dövlət Avtomobil Nəqliyyatı Xidməti keçirdiyi tenderin müddətini artırıb

Dövlət Avtomobil Nəqliyyatı Xidməti keçirdiyi tenderin müddətini artırıb Buna səbəb tenderin texniki şərtlərinin iddiaçılara vaxtında təqdim olunmamasıdır
İnfrastruktur
14 Mart , 2017 09:19
Dövlət Avtomobil Nəqliyyatı Xidməti keçirdiyi tenderin müddətini artırıb

Bakı. 14 mart. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti fevralın 9-da elan etdiyi açıq tenderin müddətini martın 17-nə qədər artırıb.

“Report” xəbər verir ki, söhbət xarici ölkələrin yükdaşıyıcıları üçün "İcazə" blankları, NNAK kitabçaları, "kvota" icazələri və sadələşdirilmiş vergi ödəyiciləri (daşıyıcılar) üçün "Fərqlənmə nişanları", "Xüsusi fərqlənmə nişanları"nın və sair çap işlərinin satın alınması məqsədilə keçirilən tenderdən gedir. Müddətin artırılmasına səbəb tenderin texniki şərtlərinin iddiaçılara vaxtında təqdim olunmamasıdır.

Qeyd edək ki, tenderdə iştirak haqqı 50 manatdır. İddiaçılar sənədləri DANX-ya (Bakı şəhəri, Nərimanov rayonu, tarzən Hacı Məmmədov küçəsi, 5 ünvanı) təqdim etməlidirlər.

Son xəbərlər

Orphus sistemi