Dövlət Avtomobil Nəqliyyat Xidmətinin büdcə ödənişində nöqsanlar aşkarlanıb

Dövlət Avtomobil Nəqliyyat Xidmətinin büdcə ödənişində nöqsanlar aşkarlanıb Qurum üzrə dövlət büdcəsinə hesablanmış və daxil olmuş rüsumun məbləği arasında 2,9 milyon manata yaxın fərq yaranıb
İnfrastruktur
5 Aprel , 2021 12:14
Dövlət Avtomobil Nəqliyyat Xidmətinin büdcə ödənişində nöqsanlar aşkarlanıb

2019-cu ildə Azərbaycanda beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün tutulan dövlət rüsumu üzrə proqnoz 15 miyon manat, daxil olan vəsait isə 17 milyon manat olmaqla proqnoza nisbətən 109,2 % səviyyəsində icra edilib.

“Report” xəbər verir ki, bu barədə “Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatda bildirilir.

Bununla belə, sənəddə həmçinin deyilir ki, cəmi hesablanmış dövlət rüsumunun məbləği 19,9 milyon manat təşkil edib ki, nəticədə bu mənbədən dövlət büdcəsinə hesablanmış və daxil olmuş rüsumun məbləği arasında 2,9 milyon manata yaxın fərq yaranıb.

Dövlət qurumlarının təqdim etdiyi məlumatların üzləşdirilməsi nəticəsində fərqin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tutulmuş dövlət rüsumlarının büdcə gəlirlərinə mədaxili üzrə təsnifat kodunu düzgün müəyyən etməməsi səbəbindən yarandığı aşkar edilib.

Son xəbərlər

Orphus sistemi