Dördüncü Qara dəniz-Xəzər Beynəlxalq Nəqliyyat Forumu Batumidə keçiriləcək

Dördüncü Qara dəniz-Xəzər Beynəlxalq Nəqliyyat Forumu Batumidə keçiriləcək Forumda regionun dəniz, hava, dəmir yolu və avtomagistrallarla yük daşınmaları müzakirə olunur
İnfrastruktur
19 Avqust , 2017 22:29
Dördüncü Qara dəniz-Xəzər Beynəlxalq Nəqliyyat Forumu Batumidə keçiriləcək

Tbilisi. 19 avqust. REPORT.AZ/ Dördüncü Qara dəniz-Xəzər Beynəlxalq Nəqliyyat Forumu sentyabrın 7-8-də Batumidə keçiriləcək.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, tədbir iştirakçıları əsasən regionlar arasında yükdaşıma sahəsində mövcud olan əsas problemləri, regionun nəqliyyat infrastrukturunun inkişaf perspektivlərini, dəniz, dəmir yolu, hava və avtomobil yolları vasitəsi ilə yükdaşımaların vəziyyətini, habelə, neft kəmərləri ilə daşınmalar və digər vacib məsələləri müzakirə edəcəklər.

Qeyd edək ki, Qara dəniz-Xəzər Nəqliyyat Forumu hər il keçirilir və bu tədbirdə regionun dəniz, hava, dəmir yolu və avtomagistrallarla yük daşınmaları sahəsində aktual məsələlər müzakirə olunur.

Son xəbərlər

Orphus sistemi