DGK sədri nəqliyyat vasitələrinin Rusiyaya daha asan keçidinin təmin edilməsi üçün tapşırıq verib

DGK sədri nəqliyyat vasitələrinin Rusiyaya daha asan keçidinin təmin edilməsi üçün tapşırıq verib Səfər Mehdiyev "Samur" gömrük postunda mövcud vəziyyətlə tanış olub
İnfrastruktur
2 İyun , 2018 18:37
DGK sədri nəqliyyat vasitələrinin Rusiyaya daha asan keçidinin təmin edilməsi üçün tapşırıq verib

Bakı. 2 iyun. REPORT.AZ/ Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda mövcud vəziyyətlə tanış olub.

DGK-dan "Report"a verilən məlumata görə, Səfər Mehdiyev Azərbaycanın Rusiya Federasiyası ilə dövlət sərhədində yerləşən "Samur" gömrük postunda sərhədkeçmə prosesinin sadələşdirilməsi, sərnişinlərin və nəqliyyat vasitələrinin sürətli və asan keçidinin təmin olunması barədə müvafiq tapşırıqların icra vəziyyətini öyrənib.

Bu istiqamətdə görülmüş tədbirlərin səmərəliliyi barədə DGK sədrinə ətraflı məlumat verilib.

Daha sonra Komitə sədri Azərbaycandan Rusiya Federasiyasına kənd təsərrüfatı məhsullarının daşınmasının vəziyyəti ilə maraqlanıb və həmin yükləri daşıyan nəqliyyat vasitələrinin sərhədkeçmə prosesində yarana biləcək problemlərin aradan qaldırılmasına, dövlət sərhədindən keçən şəxslərin və nəqliyyat vasitələrinin daha asan və sürətli keçidinin təmin edilməsinə, eləcə də gömrük nəzarətinin daha səmərəli təşkili üçün gömrük postunda aparılacaq yenidənqurma işlərinə dair tapşırıq və tövsiyələrini verib.

Son xəbərlər

Orphus sistemi