DGK: 12 dövlətin gömrük orqanlarının kinoloji xidmətlərinə xidməti axtarış itləri verilib

DGK: 12 dövlətin gömrük orqanlarının kinoloji xidmətlərinə xidməti axtarış itləri verilib Bakı. 22 fevral. REPORT.AZ/ Hazırda Dövlət Gömrük Komitəsinin (DGK) Kinoloji Mərkəzində 60 baş xidməti axtarış iti mövcuddur.
İnfrastruktur
22 Fevral , 2019 13:44
DGK: 12 dövlətin gömrük orqanlarının kinoloji xidmətlərinə xidməti axtarış itləri verilib

Bakı. 22 fevral. REPORT.AZ/ "Hazırda Dövlət Gömrük Komitəsinin (DGK) Kinoloji Mərkəzində 60 baş xidməti axtarış iti mövcuddur".

"Report" xəbər verir ki, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzin rəisi İlkin Osmanov bildirib.

O qeyd edib ki, Gömrük Komitəsinin Kinoloji Mərkəzi tərəfindən 12 dövlətə xidməti axtarış itləri göndərilib: "Onların təlimçiləri mərkəzimizin bazasında təlim keçiblər. Bir xidməti itin Avropada satışı 10-15 min avro arasındadır. Saxlanma xərci isə, əgər orta alman çoban itindən söhbət gedirsə, bu, qida rasionundan asılıdır. Amma bir xidməti itin birillik saxlanma xərci 1000-2000 manat arasındadır".

Son xəbərlər

Orphus sistemi