DGK dövlət sərhədini keçən şəxslər üçün xüsusi maarifləndirici bukletlər hazırlayıb

DGK dövlət sərhədini keçən şəxslər üçün xüsusi maarifləndirici bukletlər hazırlayıb Balakən. 17 noyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) dövlət sərhədini keçən şəxslər üçün xüsusi maarifləndirici bukletlər hazırlayıb.
İnfrastruktur
17 Noyabr , 2018 11:54
DGK dövlət sərhədini keçən şəxslər üçün xüsusi maarifləndirici bukletlər hazırlayıb

Balakən. 17 noyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) dövlət sərhədini keçən şəxslər üçün xüsusi maarifləndirici bukletlər hazırlayıb.

"Report" xəbər verir ki, bunu DGK-nın Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Azər Abasov deyib.

A.Abasovun sözlərinə görə, bukletlərdə ölkəyə idxal olunan mallar barədə ətraflı məlumat verilib.

"Ölkəyə idxal olunan mallar 4 növə bölünür. Birinci qrupa güzəştli qaydada keçirilən mallar, ikinci qrupa yazılı formada bəyan edilməli olan mallar, üçüncü qrupa mülki dövriyyəsi məhdudlaşdırılmış mallar və sonuncu - 4-cü kateqoriyaya isə mülki dövriyyəsi qadağan olunmuş mallar daxildir. Burada bütün mallar haqqında ətraflı məlumat verilib. Həmçinin bukletlərdə QR kod yerləşdirilib ki, gömrük yoxlamasından keçən şəxslər mobil telefonda olan oxuyucular vasitəsi ilə məlumat əldə bilərlər".

DGK rəsmisi deyib ki, həmin bukletlər üçün xüsusi köşklər hazırlanır: "Həmin köşklərdə həm bizim bukletlər, həm də digər dövlət qurumlarının məlumatlandırıcı sənədləri yerləşdiriləcək. Hazırda layihə pilot mərhələsindədir və tezliklə icra ediləcək".

Son xəbərlər

Orphus sistemi