Deputat “Azərsu” ASC-nin ünvanına ittihamlar səsləndirib

Deputat “Azərsu” ASC-nin ünvanına ittihamlar səsləndirib 2012-ci ildə “Azərsu” ASC-nin sifarişi ilə Şəki şəhərinin su-kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılsa da, işlərin yalnız 66%-i icra olunub.
İnfrastruktur
29 Noyabr , 2022 11:28
Deputat “Azərsu” ASC-nin ünvanına ittihamlar səsləndirib
Vüqar İsgəndərov

“Azərsu” ASC-nin sifarişi ilə 2010-cu ildə Şəki şəhərinin su-kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılsa da, işlərin yalnız 60%-i icra olunub.

“Report” xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Vüqar İsgəndərov deyib.

“On ildir davam edən bu layihə çərçivəsində Şəkidə 347 km uzunluğunda su şəbəkəsi və 266 km uzunluğunda kanalizasiya şəbəkəsi qurulmalı idi. Şəhərin bütün yolları və küçələri qazıldığından yarğanlar əmələ gəlib, keçilməz vəziyyətə düşüb.

Hazırda Şəkidə ümumi uzunluğu 40 km olan yolun, şəhərin giriş-çıxışındakı 4 prospektin təcili təmirinə ehtiyac var. Bunu da yerli büdcə ilə etmək mümkün deyil, ona görə də məsələnin dövlət investisiya layihəsinə salınması üçün əhali adından xahiş edirəm və hökumətə müraciət edəcəyəm. Araşdırmalarımıza görə, Şəkidən daha kiçik rayonlara yolların bərpası ilə bağlı 1-2 dəfə çox pul ayrılıb. Əlimizdə rəqəmlər də var”, - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi