Deputat: "İndi “Təmiz Şəhər”dən “Təmiz Ölkə” konsepsiyasına keçmək vaxtıdır”

Deputat: "İndi “Təmiz Şəhər”dən “Təmiz Ölkə” konsepsiyasına keçmək vaxtıdır” Paytaxtda bərk məişət tullantılarının daşınması çox ağır vəziyyətdədir.
İnfrastruktur
23 Noyabr , 2021 13:22
Deputat: İndi “Təmiz Şəhər”dən “Təmiz Ölkə” konsepsiyasına keçmək vaxtıdır”

"Paytaxtda bərk məişət tullantılarının daşınması çox ağır vəziyyətdədir".

“Report”un xəbərinə görə, bunu millət vəkili Sadiq Qurbanov bu gün keçirilən Milli Məslisin plenar iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Qanunun layihəsinin ikinci oxunuşu zamanı bildirib.

Onun sözlərinə görə, regionlarda bu sahədə vəziyyət daha acınacaqlıdır: “2020-ci ilin dövlət büdcəsində “Təmiz Şəhər” Səhmdar Cəmiyyətinə 33 milyon manat vəsait ayrılıb. Bu çox böyük rəqəm görünsə də, Azərbaycanda bərk məişət tullantıların daşınması ilə bağlı görülən işlər tam əksini söyləyir”.

Deputat bildirib ki, bərk məişət tullantılarının vaxtında daşınmaması torpaqlara ciddi ziyan vurur: “Düşünürəm ki, indi “Təmiz Şəhər” konsepsiyasından “Təmiz Ölkə” konsepsiyasına keçmək vaxtıdır”.

Deputat təklif edib ki, ölkədə bərk məişət tullantılarınındaçınması və utilizasiyası özəl sektora verilməsii çox vacibdir.

Xatırladaq ki, "Təmiz Şəhər" 2009-cu ildə yaradılıb. Şirkət Bakıdakı bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi sisteminin müasir standartlara uyğun qurulması və idarə edilməsi ilə şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasını həyata keçirir.

Son xəbərlər

Orphus sistemi