Dənizçilər 779 qaçqın və məcburi köçkün ailəsinə sovqat paylayıb

Dənizçilər 779 qaçqın və məcburi köçkün ailəsinə sovqat paylayıb 15 iyun - Milli Qurtuluş Günü ərəfəsində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) nümayəndələri qurumun himayəsində olan qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdığı qəsəbələrə baş çəkiblər.
İnfrastruktur
127
13 İyun , 2020 10:49
Dənizçilər 779 qaçqın və məcburi köçkün ailəsinə sovqat paylayıb

15 iyun - Milli Qurtuluş Günü ərəfəsində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) nümayəndələri qurumun himayəsində olan qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdığı qəsəbələrə baş çəkiblər.

Bu barədə “Report”a ASCO-dan bildirilib. 

Məlumata görə, dənizçilər əslən Xocalı, Kəlbəcər, Laçın, Ağdam, Şuşadan olan və Goranboy rayonunda müvəqqəti məskunlaşan 779 qaçqın və məcburi köçkün ailəsinə ümumilikdə 3 350 nəfərə zəruri ərzaq məhsullarından ibarət sovqat paylayıblar.

Sovqatları qəbul edən sakinlər onlara hər zaman göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi