Dəniz nəqliyyatı sahəsində ən son elmi nailiyyətləri əks etdirən məcmuə işıq üzü görüb

Dəniz nəqliyyatı sahəsində ən son elmi nailiyyətləri əks etdirən məcmuə işıq üzü görüb Bakı. 14 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Dəniz Akademiyasının “Elmi əsərlər” məcmuəsinin 2018-ci ildə birinci nömrəsi işıq üzü görüb.
İnfrastruktur
14 İyun , 2018 14:28
Dəniz nəqliyyatı sahəsində ən son elmi nailiyyətləri əks etdirən məcmuə işıq üzü görüb
0 : 00
0 : 00

Bakı. 14 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Dəniz Akademiyasının “Elmi əsərlər” məcmuəsinin 2018-ci ildə birinci nömrəsi işıq üzü görüb. 

“Report” xəbər verir ki, “Azərbaycan Dövlət Dəniz Akademiyasının Elmi əsərləri” məcmuəsində yerli və xarici ölkə alimlərinin elmi məqalələri 3 dildə – Azərbaycan, rus və ingilis dillərində dərc olunur. Jurnal İSSN 2220-1025 indeksi altında təsdiqlənib, Ali Attestasiya Komissiyasının dövri elmi nəşrlər siyahısına daxildir və elmi dərəcə iddiaçılarının orijinal tədqiqatlarının nəticələrini dərc edir.

Dörd bölmənin – Gəmiqayırma və gəmi təmiri texnologiyası, Gəmiçilik və su nəqliyyatının istismarı, Gəmiçilik texnikası və Gəmiçilikdə təbiət elmləri problemləri bölmələrinin yer aldığı məcmuənin il ərzində iki nömrəsi çapa buraxılır.

Qeyd edək ki, redaksiya heyətinin 6 üzvü xarici ölkə alimləridir. Jurnalın baş redaktoru ADDA-nın rektoru, texnika üzrə fəlsəfə doktoru, dosent Çingiz Əliyev, elmi redaktoru ADDA-nın Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru, texnika üzrə fəlsəfə doktoru, dosent Vüqar Sadıqovdur.

Dəniz nəqliyyatı sahəsində ən son elmi nailiyyətlərlə maraqlananlar aşağıdakı linkdən tanış olub yükləyə bilərlər:

Son xəbərlər

Orphus sistemi