Dəmiryolçular üçün sağlam və təhlükəsiz iş mühiti mövzusunda treninqlərə start verilib

Dəmiryolçular üçün sağlam və təhlükəsiz iş mühiti mövzusunda treninqlərə start verilib Təlimlər sentyabr ayının sonuna qədər davam edəcək və iştirakçılara sertifikatlar təqdim olunacaqdır
İnfrastruktur
20 Avqust , 2019 09:12
Dəmiryolçular üçün sağlam və təhlükəsiz iş mühiti mövzusunda treninqlərə start verilib

İstehsalatda baş verən bədbəxt hadisələrin qarşısını almaq və bu istiqamətdə vacib addımlar atmaq hər bir idarə, müəssisə və təşkilatın əsas vəzifələrindən biridir.

"Report" xəbər verir ki, ölkənin dəmir yollarında çalışan işçilərin də sağlamlığı və təhlükəsizliyi daim diqqət mərkəzindədir. Son illər “Azərbaycan Dəmir Yolları” QSC-də həyata keçirilən genişmiqyaslı islahatlar və idarəetmə sisteminin təkmilləşdirilməsi işçi personalına xüsusi tələblər irəli sürüb. Bu istiqamətdə insan resursları potensialının gücləndirilməsi, biliklərin artırılması və səriştəlik modelinin yaradılması məqsədilə Cəmiyyətdə Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏM) şöbəsi və “Təlim Mərkəzi” yaradılmışdır. Yaradılmış qurumlar tərəfindən Cəmiyyətin sahələr üzrə təlimlər təşkil edilmişdir. “Azərbaycan Dəmir Yolları” QSC-nin bütün struktur bölmələrində işləyən SƏTƏM mütəxəssisləri təlimlərə cəlb olunub.

Məqsəd sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsində çalışan mütəxəssislərin bilik və peşəkarlığını daha da artırmaq və “Peşə sağlamlığı və təhlükəsizliyi idarəetmə sistemi üzrə İSO 45001 standartı”nın tətbiqinin təmin edilməsidir.

SƏTƏM şöbəsi və Təlim mərkəzi tərəfindən 100-dən artıq SƏTƏM mütəxəssisinin treninqlərdə iştirakı nəzərdə tutulmuşdur. Təlimlər 22 iyul 2019-cu il tarixindən başlanmış və bu vaxtadək 90 nəfər qeyd olunan tədbirləri uğurla başa çatdırmışdır.

İki mərkəzdə təcrübəli təlimçilərin tərəfindən keçirilən treninqlərdə mütəxəssislər elektrik və yanğın təhlükəsizliyi, təhlükəli sahələrə giriş-çıxış qaydaları, ilk tibbi yardım, ağır texnika və təhlükə potensiallı obyektlərdə texniki nəzarət, iş şəraitinin yaxşılaşdırılması, yüksəklikdə görülən işlər, beynəlxalq mütərəqqi standartlardan və innovativ iş metodlarından istifadə, ekologiya və ətraf mühitin mühafizəsi və digər vacib mövzularda təlimatlandırılır. Təlimlərdə sual cavabla yanaşı iştirakçılar aktiv şəkildə prosesə cəlb olunur.

İnteraktiv formatda keçirilən təlimlər dəmir yollarında çalışan işçilərin təhlükəsizliyinin yüksək səviyyədə təşkil edilməsində və işin səmərəlilyinin daha da artırılmasında mühüm yer tutacaq.

Təlimlər sentyabr ayının sonuna qədər davam edəcək və iştirakçılara sertifikatlar təqdim olunacaq.

Son xəbərlər

Orphus sistemi