Dəmir yolunun Atbulaq-Nəvai mənzilində 11 km yol əsaslı təmir olunur

Dəmir yolunun Atbulaq-Nəvai mənzilində 11 km yol əsaslı təmir olunur Təmir işləri bir həftə davam edəcək
İnfrastruktur
19 Sentyabr , 2016 09:48
Dəmir yolunun Atbulaq-Nəvai mənzilində 11 km yol əsaslı təmir olunur

Bakı. 19 sentyabr.REPORT.AZ/ Azərbaycan dəmir yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.  Bu gün həmin xəttin Atbulaq-Nəvai hissəsində 11 km-lik yolun əsaslı təmirinə start verilib. Təmir işləri bir həftə davam edəcək. 

Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.

Belə ki, əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb.

Qeyd edək ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiyanın “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb.

Yeni layihənin icrasına ötən ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 153 kilometrdən artıq dəmir yolu əsaslı təmir olunub. 

Son xəbərlər

Orphus sistemi