Bakı. 12 yanvar. REPORT.AZ/ Azərbaycanda 2014-cü ilin dekabr ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,1%, sərnişindaşıma tarifləri isə 2,6% artıb. "Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında məlumat verilib.
Ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 15,5%, digər xarici ölkələr üzrə isə 8,2% artım müşahidə olunub.
Dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma 8,7% bahalaşıb.
Dekabr ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,2% artıb.
Ay ərzində avtomobil və dəniz nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb.