"Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna dəyişiklik edilib

"Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna dəyişiklik edilib Dövlət rüsumunun 30%-i qeydiyyat orqanının xüsusi hesabına köçürülməyəcək
İnfrastruktur
122
14 Oktyabr , 2016 13:42
Daşınmaz əmlakın dövlət reyestri haqqında qanuna dəyişiklik edilib

Bakı. 14 oktyabr. REPORT.AZ/ Azərbaycanda "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunda rüsumla bağlı dəyişiklik edilib. "Report"un verdiyi xəbərə görə, dəyişikliyə əsasən, qanunun 6.3 maddəsi ləğv edilib.

Həmin maddədə deyilirdi ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə ödənilən dövlət rüsumunun 30%-i qeydiyyat orqanı işçilərinin (müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan müvafiq qurumlarda fəaliyyət göstərən işçilər istisna olmaqla) sosial müdafiəsini gücləndirmək və maddi təminatı yaxşılaşdırmaq məqsədi ilə qeydiyyat orqanının xüsusi hesabına köçürülür. 

Qeydiyyat orqanı işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatı yaxşılaşdırmaq məqsədi ilə qeydiyyat orqanının xüsusi hesabına köçürülən vəsaitdən istifadə haqqında hesabatın dərc edilməsi barədə müvafiq forma, habelə həmin hesabatın dərc olunması qaydası və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Son xəbərlər

Orphus sistemi