İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova Gəncədə bu şəhərdən olan vətəndaşları qəbul edib.
"Report" Dövlət Xidmətinə istinadən xəbər verr ki, qəbula gələnlər mülkiyyət hüquqlarının qeydiyyatı, kadastr, bələdiyyə torpaqlarının sərhədlərinin dəqiqləşdirilməsi, torpaqların təyinatının dəyişdirilməsi, işə qəbul və s. məsələlər barədə müraciət ediblər.
Bəzi məsələlər həllini tapıb, araşdırma tələb edən müraciətlər baxılması üçün qeydiyyata alınıb, vətəndaşlara qanunvericiliyin tələbləri barədə məlumat və əsaslandırılmış izahatlar verilib.