DANX Füzuliyə müntəzəm marşrut xəttinin təşkili ilə bağlı müsabiqə keçirir

DANX Füzuliyə müntəzəm marşrut xəttinin təşkili ilə bağlı müsabiqə keçirir Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) Bakı-Füzuli-Bakı istiqamətində müntəzəm marşrutlar üzrə sərnişindaşıma hüququna dair müsabiqə elan edib.
İnfrastruktur
6 aprel 2022 05:14
DANX Füzuliyə müntəzəm marşrut xəttinin təşkili ilə bağlı müsabiqə keçirir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) Bakı-Füzuli-Bakı istiqamətində müntəzəm marşrutlar üzrə sərnişindaşıma hüququna dair müsabiqə elan edib.

"Report” xəbər verir ki, iddiaçılar ilkin sənədləri aprelin 20-i, saat 17:00-a qədər, müsabiqə təkliflər toplusunu isə mayın 2-i, saat 17:00-a qədər DANX-ın Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi, 5 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə mayın 12-də qeyd olunan ünvanda baxılacaq.

Son xəbərlər

Orphus sistemi