Daha bir xarici şirkət Azərbaycan bazarını tərk edir

Daha bir xarici şirkət Azərbaycan bazarını tərk edir Fransanın energetika şirkəti Azərbaycandakı filialını ləvğ edib
İnfrastruktur
23 Avqust , 2017 09:37
Daha bir xarici şirkət Azərbaycan bazarını tərk edir
Report

Bakı. 23 avqust. REPORT.AZ/ Fransanın "Grid Solutions SAS" şirkətinin Azərbaycandakı filialı ləvğ edilir. 

Bu barədə "Report" Vergilər Nazirliyinə istinadən xəbər verir. 

Məlumata görə, kreditorlar tələblərini Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 20 ünvanına bildirə bilərlər. 

Qeyd edək ki, "Grid Solutions SAS" yüksək və orta gərginlikli elektrik enerjisinin istehsalı və ötürülməsi sahəsi üçün müvafiq məhsul və avadanlıqların istehsalı və quraşdırılması üzrə ixtisaslaşıb. Şirkət istehsal etdiyi məhsulları Afrika, Orta Şərq, Asiya-Sakit okean hövzəsi, ABŞ və Avropa ölkələrinə ixrac edir.

Son xəbərlər

Orphus sistemi