Bakıda 179 nömrəli marşrut xəttində ödəniş “BakıKart”la olacaq

Bakıda 179 nömrəli marşrut xəttində ödəniş “BakıKart”la olacaq Sabahdan 179 nömrəli marşrut xətti (Pirşağı qəsəbəsi - Azadlıq pr. m/st) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
İnfrastruktur
9 Avqust , 2021 13:07
Bakıda 179 nömrəli marşrut xəttində ödəniş “BakıKart”la olacaq

Sabahdan 179 nömrəli marşrut xətti (Pirşağı qəsəbəsi - Azadlıq pr. m/st) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumatda deyilir : “Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlardakı "OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb”.

Post terminallar aşağıdakı ünvanlarda quraşdırılıb;

- A.Hüseynov küç.Rəsulzadə qəs.(Binəqədi rayonu);

- 28 May küç 269A, Mehdiabad qəs. (Abşeron rayonu);

- Azadlıq pr.104 (Binəqədi rayonu);

- 2-ci Mədən (Binəqədi rayonu);

- Cəfər Cabbarlı küç 5, Mehdiabad qəs. (Abşeron rayonu);

- Pirşağı qəs. Qızılqum (Sabunçu rayonu);

- Əjdər Məlikov küç, Pirşağı qəs. (Sabunçu rayonu);

- Əjdər Məlikovküç , Pirşağı qəs. (Sabunçu rayonu);

- Sovxoz 2,Cəfərəliyev küç.Pirşağı qəs. (Sabunçu rayonu).

Son xəbərlər

Orphus sistemi