Daha bir aviaşirkət Krasnoyarskdan Bakıya müntəzəm reys açır

Daha bir aviaşirkət Krasnoyarskdan Bakıya müntəzəm reys açır Uçuşları "Nordwind" aviaşirkəti həyata keçirəcək
İnfrastruktur
750
6 İyul , 2017 06:25
Daha bir aviaşirkət Krasnoyarskdan Bakıya müntəzəm reys açır

Bakı. 6 iyul. REPORT.AZ/ Rusiyanın Krasnoyarsk vilayətinin Yemelyanov Beynəlxalq Hava Limanından Bakıya daha bir birbaşa müntəzəm reys açılır.

"Report" xəbər verir ki, uçuşları "Nordwind" aviaşirkəti həyata keçirəcək.

Reyslərə iyulun 19-dan start veriləcək və bu, 4 oktyabr tarixinədək davam edəcək.

"Nordwind" aviaşirkəti hər həftə çərşənbə günləri uçuş təşkil edəcək. Krasnoyarskdan uçuş yerli vaxtla 11:50-də, Bakıya çatma zamanı isə 14:05-də olacaq. Eyni zamanda Bakıdan uçuş və Krasnoyarksa çatma zamanları yerli vaxtla müvafiq olaraq 16:25 və 00:10-da olacaq.

Aeroportun mətbuat xidmətindən verilən məlumata görə, uçuşlar "Boeing 737-800" tipli təyyarələr vasitəsi ilə həyata keçiriləcək.

Yemelyanovo aeroportunun baş direktoru Andrey Mettslerin sözlərinə görə, Bakı Krasnoyarsk sakinləri arasında Yaxın Şərqin ən geniş yayılmış istiqamətlərindən biridir və bu istiqamətə tələbatın çox olacağına əminlik var.

Hazırda "İrAero" aviaşirkəti də Krasnoyarskdan Bakıya müntəzəm reyslər həyata keçirir.

Krasnoyarsk-Bakı marşrutu üzrə ilk uçuş iyunun 21-də baş tutub. Birinci reysdə hava gəmisinin yüklənməsi 100 faiz təşkil edib. Bu istiqamət üzrə uçuşlar yay cədvəlinin sonunadək, yəni oktyabrın 25-dək davam edəcək.

Krasnoyarskdan Bakıya uçuşların ümumi yerinə yetirilmə tezliyi yay cədvəli üzrə həftədə 3 reys təşkil edəcək.

"Nordwind Airlines" 2008-ci ildən fəaliyyət göstərir. Şirkət dünyanın 11 ölkəsinin 52 şəhərinə uçuşlar yerinə yetirir.

Son xəbərlər

Orphus sistemi