“Czech Airlines” beynəlxalq reyslərini bərpa edir

“Czech Airlines” beynəlxalq reyslərini bərpa edir “Czech Airlines” (CSA) aviaşirkəti koronavirus pandemiyası səbəbi ilə mart ayının ortalarından dayandırılmış beynəlxalq reysləri bu gündən bərpa edir.
İnfrastruktur
18 May , 2020 10:52
“Czech Airlines” beynəlxalq reyslərini bərpa edir

“Czech Airlines” (CSA) aviaşirkəti koronavirus pandemiyası səbəbi ilə mart ayının ortalarından dayandırılmış beynəlxalq reysləri bu gündən bərpa edir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Çexiya milli aviadaşıyıcısının rəsmi nümayəndəsi Vladimira Dufkova məlumat verib.

Onun sözlərinə görə, mayın 18-dən etibarən Paris, Amsterdam və Frankfurtla hava əlaqəsi bərpa olunacaq. “Mayın 21-dən etibarən Stokholma, 24-dən Kiyevə, 25-dən isə Odessa və Buxarestə uçuşlara başlayacağıq”, - aviaşirkət nümayəndəsi bildirib.

Qeyd olunub ki, uçuş zamanı sərnişinlər və ekipaj üzvləri tənəffüs orqanlarını tibbi maskalarla qorumalı, təyyarə yerə endikdən sonra isə salonu sosial məsafə gözlənilərək tərk etməli olacaq.

“Lidove noviny” qəzetinin yazdığına görə, “Czech Airlines” təyyarələri ilk uçuşlarını yarı boş halda edəcək. Pandemiya zamanı ölkələr arasında hərəkətlə əlaqəli sosial məhdudiyyətlərin aradan qaldırılmasından sonra aviadaşımaların canlanacağı gözlənilir.

Xatırladaq ki, Çexiyada koronavirusa yoluxanların sayı 8 475 nəfərdir. Respublikada pandemiya zamanı ölənlərin ümumi sayı 298-ə çatıb, 5 462 nəfər sağalıb. Ötən ilin dekabr ayından bu yana dünyada təqribən 4,5 milyon insan virusa yoluxub, 303 mindən çox adam isə koronavirusun qurbanı olub.

Son xəbərlər

Orphus sistemi