Cocuq Mərcanlıdan Astara və Lerik rayonlarına marşrut xətləri istifadəyə veriləcək

Cocuq Mərcanlıdan Astara və Lerik rayonlarına marşrut xətləri istifadəyə veriləcək Bu ilin mart ayından Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsindən Astara və Lerik rayonlarına marşrut xətləri istifadəyə veriləcək.
İnfrastruktur
21 Yanvar , 2020 15:20
Cocuq Mərcanlıdan Astara və Lerik rayonlarına marşrut xətləri istifadəyə veriləcək

Bu ilin mart ayından Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsindən Astara və Lerik rayonlarına marşrut xətləri istifadəyə veriləcək.

Bu barədə “Report”a açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova məlumat verib. 

Onun sözlərinə görə, hər istiqamət üzrə 1 avtobusun ayrılması nəzərdə tutulub. 

Xatırladaq ki, bu il yanvarın 9-dan Bakıdan Cocuq Mərcanlı istiqamətinə ilk marşrut xətti istifadəyə verilib, müntəzəm xətt üzrə Bakı-Sabirabad-Saatlı-İmişli-Daşburun-Horadiz-Cocuq Mərcanlı, qeyri-müntəzəm xətt üzrə Bakı-Cocuq Mərcanlı trayektoriyası əhatə olunub. 

Son xəbərlər

Orphus sistemi