Çindən Türkiyəyə Orta Dəhlizlə yükdaşımaların müddəti azaldıla bilər

Çindən Türkiyəyə Orta Dəhlizlə yükdaşımaların müddəti azaldıla bilər Çindən Türkiyəyə Orta Dəhliz (Trans Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi) vasitəsilə yükdaşımaların müddəti 12 gündən 10 günə endirilə bilər.
İnfrastruktur
142
11 May , 2022 13:20
Çindən Türkiyəyə Orta Dəhlizlə yükdaşımaların müddəti azaldıla bilər

Çindən Türkiyəyə Orta Dəhliz (Trans Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi) vasitəsilə yükdaşımaların müddəti 12 gündən 10 günə endirilə bilər.

“Report” xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlu ölkəsinin paytaxtı Ankarada keçirilmiş “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin Rəyasət Heyətinin və təşkilatın ümumi yığıncağının növbəti toplantısında bildirib.

Onun sözlərinə görə, müddətin azaldılması hədəf kimi qarşıya qoyulub.

Nazir onu da qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi Şimal dəhlizi ilə yükdaşımaları məhdudlaşdırıb, odur ki, Orta Dəhliz məsafə və müddət baxımından böyük alternativ sayılır: "Anadolunun Qərbindən başlayaraq Şərqə uzanan bu yol ticarətin fərqli qitələrə, hətta dünyaya yayılmasına imkan verir. Çindən Avropaya gedən yük qatarı Orta Dəhlizi və Türkiyəni seçərsə, 12 gün ərzində 10 min km deyil, 7 min kilometr məsafə qət edəcək. Bu da Asiya və Avropa arasında qlobal ticarətdə dəhlizin nə qədər sərfəli və təhlükəsiz olduğunu nümayiş etdirir. Eyni qatar Cənub dəhlizi üzrə göndərilsə, Süveyş kanalı üzərindən gəmi ilə 20 min kilometr yol qət edir. Orta Dəhliz öz imkanları ilə, şübhəsiz ki, region ölkələrinin koordinasiyalı əməkdaşlığı ilə dünya ticarətinin ən mühüm həlqələrindən biri olacaq. Biz Orta Dəhlizi daha da gücləndirəcəyik”.

Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif, “vahid pəncərə” prinsipi tətbiq olunur.

Son xəbərlər

Orphus sistemi