D.Nikolun ümumi dəyəri 2,5 mln. dollar olan avtomobillərinin siyahısında müxtəlif markalardan olan 9 maşın var. O, Nyu Cersi (New Jersey) ştatında həkimlərdən rüşvət almaqda, çirkli pulların yuyulmasında təqsirli bilinir. Bu səbəbdən də ABŞ-ın Marşall Xidməti onun kolleksiyasında olan avtomobilləri müsadirə edib və hərraca çıxarıb.
Hərracda ən baha qiymətə satılan 1970-ci ilin “Plymouth Hemi Superbird”dür ki, onun satış qiyməti 575 min dollar olub. Ancaq bir il müddətində və 1 900 ədəd sayla istehsal edilən avtomobil retro maşınlar siyahısındadır.
Hərracda 265 min dollara satılan ikinci avtomobil 1970-ci ilin “Ford Mustang Boss 429”-dur. “Ford Motors Co.” avtomobilinin yığılması üçün bir neçə “Mustang”ın ehtiyat hissələrindən isitfadə edildiyi və mühərrikin normalda 375 at gücündə olması gərəkdiyi halda daha çox olduğu bildirilir.
“Ford Mustang”ın modifikasiya edilmiş versiyası olan 1967-ci il istehsalı “Shelby GT500” hərracda 170 min dollara satılıb. “Shelby”ni “Ford Mustang”dan gövdə qapağı, qalpaqlar və yan hava tənzimləyici çıxışı fərqləndirir və birincinin mühərrikinin konservativ gücü 355 at gücündədir.
D.Nikolun kolleksiyasında olan və Pensilvaniyadakı “Yanko Chevrolet” tərəfindən modifikasiya edilmiş 1969-cu il istehsalı olan “Chevelle” 237,5 min dollara satılıb. “Camaro Hi-Performance, Inc.”-in açıqladığı məlumata görə, bu avtomobildən yalnız 95 ədəd istehsal edilib.
Hərracda 400 min dollara satılan və “Yenko” avtomobillərinin kiçildilmiş versiyası olan “Yenko Novas” 1969-cu il istehsalıdır və “Camaro Hi-Performance, Inc.”-ə görə bu modeldən yalnız 1 169 ədəd istehsal edilib.
Mühərrikin həcmi 427 kubsantimetr olan 1969-cu il istehsalı “Yenko Chevrolet Camaro” 315 min dollara satılıb və 450 at gücündə olan bu avtomobil cəmi 28 mil məsafə qət edir.
D.Nikolun hərracda ən ucuz satılan avtomobillərindən biri “Chevrolet Chevelle L89 convertible” 70 min dollara alınıb. Səbəb kimi isə maşının əksər hissələrinin orijinal olmadığı göstərilir.
Müştəriyə hazır avtomobil kimi satılan, amma qarajda təmir olunan vəziyyətdə aşkar edilən 1971-ci ilin “Plymouth Hemi Cuda” maşınına 347,5 min dollar veriblər. Rəsmilər avtomobilin bütün hissələrinin orijinal kimi istifadə etmək üçün yalnız bəzi montaj işlərini yerinə yetirmək lazım olduğunu açıqlayıblar. Avtomobilin digər maşınlar kimi istifadəyə yararlı durumda olduğu təqdirdə 1 mln. dollara yaxud daha baha satıla biləcəyi deyilir.
Hərracda satılan sonuncu kolleksiya avtomobili 1970-ci ilin “Chevelle SS 454”-ə isə 155 min dollar verilib. Təşkilatçılar avtomobilin 450 at gücündə olan V8 mühərriki ilə təmin edildiyini açıqlayıblar.






