​Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə konteyner qatarının buraxılma tarixi bəlli olub

​Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə konteyner qatarının buraxılma tarixi bəlli olub Transxəzər beynəlxalq nəqliyyat marşrutunun koordinasiya komitəsinin iclası keçirilib
İnfrastruktur
27 İyul , 2015 16:37
​Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə konteyner qatarının buraxılma tarixi bəlli olub

Bakı. 27 iyul. REPORT.AZ/ Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə Transxəzər beynəlxalq nəqliyyat marşrutu (TXNM) üzrə konteyner qatarının bu ilin sentyabrında buraxılması nəzərdə tutulub.

"Report" xəbər verir ki, bu haqda "Qazaxıstan Dəmir Yolları" məlumat yayıb.

Belə ki, bu həftə Qazaxıstan Dəmir Yollarının prezidenti Askar Maminin sədrliyi ilə Transxəzər beynəlxalq nəqliyyat marşrutunun koordinasiya komitəsinin növbəti iclası keçirilib.

Koordinasiya edilmiş birgə səylər nəticəsində bu həftə Çin-Qazaxıstan-Azərbaycan marşrutu üzrə ilk konteyner qatarının buraxılması həyata keçirilib. Eyni zamanda, bu marşrutla daşınmaların rəqabətqabiliyyətli tarifləri müəyyən edilib və marşrut üzrə çatdırılma vaxtı 6-7 gün müddətinə təmin edilib.

"Cari ilin sentyabrında TXNM marşrutu üzrə Türkiyəyə qədər (İstanbul) qatarın buraxılması planlaşdırılır", - məlumatda bildirilir.

İclasın nəticələrinə əsasən A.Mamin qeyd edib ki, TXNM-nin iştirakçılarının əsas məqsədi Transxəzər marşrutunda daşınmaların inkişafıdır. İclasın gedişi zamanı Qazaxıstan tərəfi Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə yolu ilə konteyner qatarlarının buraxılması üzrə nəqliyyat şirkətləri arasında qarşılıqlı əlaqə texnologiyasının inkişafını təklif edib.

"100 konkret addımlar" proqramının reallaşdırılması çərçivəsində "Qazaxıstan Dəmir Yolları" TXNM marşrutu üzrə konteyner daşınmalarının inkişafına kömək edəcək birgə müəssisələrin yaradılmasını təklif edib. 

Son xəbərlər

Orphus sistemi